"Atletiko Madrid"in yarımmüdafiəçisi Aksel Vitsel Səudiyyə Ərəbistanından təklif alıb.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış jurnalist Nikolo Skira sosial şəbəkə hesabları üzərindən yayıb.
Mənbə Vitselin hələ ərəblərə "hə" demədiyini və formasını geyindiyi Madrid təmsilçisindən yeni müqavilə təklifini gözlədiyini vurğulayıb.
34 yaşlı belçikalı futbolçunun "Atletiko" ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Bu mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə 15 oyun keçirən Aksel 1 qol vurub. "Transfermarkt" portalı onun transfer qiymətini 5 milyon avro ilə dəyərləndirir.
Nihat