"Liverpul"un sabiq forvardı, hazırda "Əl-Əhli"nin uğurları üçün çalışan Firminonun atası dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, məlumatı UOL yayıb.
62 yaşlı Xose Roberto Kordeyru de Oliveyra Dubayda ailəsi ilə istirahət edərkən infarktdan ölüb.
Cari mövsüm "Əl-Əhli" forması ilə 14 matça çıxan braziliyalı 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.