AÇ-2024-ün seçmə mərhələsində bu gün Leverkuzendəki "BayArena"da Ukrayna seçməsi ilə qarşılaşacaq İtaliya millisinin heyətində dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, baş məşqçi Luçano Spaletti "Sassuolo"nun hücumçusu Domeniko Berardini heyətdən çıxarıb. Spalletti Almaniyadakı matçda Berardinin əvəzinə "Yuventus"un forvardı Moyze Kinin xidmətindən yararlanacaq.
Qeyd edək ki, Ukrayna - İtaliya matçı bu gün Bakı vaxtı ilə 22:45-də başlayacaq. Ukrayna qələbə qazanacağı halda, qitə birinciliyinə vəsiqə qazanacaq. Heç-heçə isə "skuadra adzurra"nı turnirin final mərhələsinə daşıyacaq.