"Qalatasaray"ın qapıçısı Fernando Muslera tarixi rekord imza atmağa yaxındır.
Fanat.Az "Fotomaç"a istinadən xəbər verir ki, urquvaylı qapıçı Türkiyə Super Liqasında daha 51 oyun keçirəcəyi halda, İstanbul təmsilçisinin ən çox matça çıxmış sabiq oyunçusu Bülent Korkmazı geridə qoyacaq.
Korkmaz Super Liqada sarı-qırmızılı forma ilə 428 oyun keçiribsə, Muslera 378 dəfə bu şansı əldə edib. Bu isə o deməkdir ki, uruqvaylı qapıçı Korkmazı geridə qoymaq üçün real imkanlara sahibdir.
Məlumata görə, İstanbul klubu uruqvaylı qolkiperin müqaviləsini daha bir il uzatmasını və bu rekordu qırmasını istəyir.
Nahid Məmmədov