"Arsenal"ın yarımmüdafiəçisi Jorjinyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, sözügedən ölkənin klublarından klublarından biri 31 yaşlı futbolçu ilə danışıq aparır.
Jorjinyonun "topçular"la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. Ancaq "Arsenal"ın anlaşmanı daha 1 il müddətinə uzatmaq hüququ var.
İtaliya millisinin Braziliya əsilli üzvü cari mövsüm London təmsilçisinin forması ilə çıxdığı 15 matçda nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat