"Bayern Münhen" "Mançester Yunayted"in və Fransa millisinin müdafiəçisi Rafael Varanı transfer etməkdə qərarlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Florian Plettenberq yayıb.
Mənbənin məlumatına görə, alman nəhəngi fransalının maddi tələbini qarşılaya bilməyəcəyindən ehtiyatlansa da, transfer imkanları axtarır. "Mançester Yunayted" "Bayern" rəhbərliyinə Rafaelin qışda 30 milyon avro qarşılığında transferinin mümkün olduğunu çatdırıb.
Xatırladaq ki, Varan 2021-ci ilin yayında "Real Madrid"dən "qırmızı şeytanlar"a keçib. "Transfermarkt" 30 yaşlı dünya çempionunun dəyərini 35 milyon avro qiymətləndirir.
Mirağa