İngiltərə yığmasının kapitanı Harri Keyn Şimali Makedoniya ilə AÇ-2024-ün seçmə oyununu (1:1) şərh edib .
Fanat.Az xəbər verir ki, BBC təcrübəli forvardın dediklərini belə çatdırıb:
“Biz bilirdik ki, çətin oyun olacaq. Çünki belə meydanda öz üslubumuzda oynamaq alınmayacaqdı. Halbuki 5:0 və ya 6:0 hesabı ilə qalib gəlməli olduğumuz oyun idi. Unutmaq lazım deyil ki, rəqib son mundialın pley-offunda İtaliyanı məyus etməklə çox böyük uğura imza atmışdı.
Qrupdakı son oyunda qalib gələ bilməsək də, seçmə mərhələdəki nəticəmizlə fəxr edə bilərik”.
Qeyd edək ki, İngiltərə 20 xalla C qrupunun qalibi olub. Qaret Soutqeytin baş məşqçisi olduğu kollektiv İtaliya, Ukrayna və Şimali Makedoniyanı geridə qoymağı bacarıb.
Mirağa