İngiltərə Premyer Liqasının geridə qalan 12 turunda ən çox qol epizodu yaradan futbolçunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu, "Nyukasl"ın futbolçusu Kiran Tripyerdir.
İngilis müdafiəçi 33 dəfə rəqib qapıçıları həyəcanlandırıb. Tripyer bu göstəricidə "Mançester Yunayted"in portuqaliyalı yarımmüdafiəçisi Brunu Fernandeşi (32) qabaqlayır. "Üçlüy"ü 31 qol vəziyyəti ilə "Tottenhem"dən Ceyms Meddison qapayır.
Qeyd edək ki, 20 xalı olan "Nyukasl" İPL-in turnir cədvəlində 7-ci yerdədir. Eddi Haunun komandası növbəti çempionat oyununu öz meydanında "Çelsi"yə qarşı keçirəcək. Görüş noyabrın 25-də baş tutacaq.
Nihat