PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri ağır zədə alıb.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat paylaşıb.
Xəbərə görə, futbolçu Fransa millisinin düşərgəsində zədələnib. Onun sağalması üçün bir aydan çox vaxt lazım olacaq. Yanvarda futbolçunun meydana qayıtması gözlənilir. Başqa sözlə, o, iilin sonuna kimi sıradan çıxıb.
Zaire-Emeri PSJ-nin yetirməsidir. 17 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 15 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa