"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenin zədəsinin nə dərəcədə ciddi olduğuna aydınlıq gəlib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, tibbi müayinədən sonra "Barselona"nın əsas qolkiperinin ciddi xəsarət almadığı müəyyənləşib.
Xəbərə görə, onun La Liqanın növbəti turunda Kataloniya təmsilçisinin "Rayo Valyekano"ya qarşı keçirəcəyi matçda oynamaq ehtimalı az deyil.
Xatırladaq ki, ter Ştegen Almaniya millisinin düşərgəsində çiynində şiddətli ağrı hiss etdiyi üçün Barselonaya qayıdaraq tibbi müayinədən keçməli olub.
Nihat