Argentinalı hücumçu Marko Ruben yenidən böyük futbola qayıdıb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı oyunçu Uruqvay Primera klubu "Deportivo Maldonado" ilə müqavilə imzalayıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 2024-cü il mövsümü üçün müqavilə imzalanıb.
Maraqlıdır ki, Marko Ruben ötən ilin mayında "Rosario Central"dan ayrılaraq karyerasını bitirdiyini bildirmişdi.
O, karyerası ərzində "Vilyarreal", "Dinamo Kiyev", "River Pleyt" klublarının da şərəfini qoruyub.
Mirağa