İngiltərə Futbol Assosiasiyası (FA) "Tottenhem" klubunun Premyer Liqada 10 xalını silə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "The Times" yayıb.
Xəbərə görə, London təmsilçisi sabiq futbolçusu Cermeyn Defonun 2008-ci ildə "Portsmut"a transferi zamanı qayda pozuntusuna yol verdiyi üçün çətin vəziyyətə düşüb.
Belə ki, "Tottenhem" 8,5 milyon avroya satdığı oyunçunun keçidi ilə bağlı danışıqları aparmaq üçün lisenziyası olmayan agenti Mitçell Tomasın xidmətindən istifadə edib. Danışıqlarda iştirak edən digər agentin - Stüart Petersin isə müqaviləsi olmayıb. FA qayda pozuntusundan xəbərdar olsa da, 2010-cu ildə londonlulara sanksiya tətbiq etməyib. Bununla belə, həmin il "Luton Taun" oxşar pozuntuya görə 10 xaldan məhrum edilib.
Mənbə Assosiasiyanın bu işə yenidən baxmağı nəzərdən keçirdiyini vurğulayıb..