DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisi doğma stadionunda Argentina millisini qəbul edib.
Fanat.Az xəbər verir ki, 0:1 hesablı məğlubiyyətlə üzləşən "sambaçılar" ən uğursuz tsiklini yaşayır.
"Opta"nın məlumatına görə, Braziliya millisi tarixində ilk dəfə Dünya çempionatının seçmə mərhələsində ardıcıl üç oyunda məğlub olub.
Keçirilən altı oyundan sonra "pentakampeonlar"ın hesabında yeddi xal var və komanda turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Braziliya növbəti oyununu gələn il evdə Ekvadorla keçirəcək.
Mirağa