"Benfika"nın yarımmüdafiəçisi Anxel Di Maria Cənubi Amerika zonası üzrə seçmə mərhələlərdə Argentina millisinin heyətində keçirdiyi matçların sayına görə ikinci yerə yüksəlib.
Fanat.Az xəbər verir ki, Braziliya millisi ilə bir gün əvvəl baş tutan matç (1:0) Di Mariya üçün 52-ci belə oyun olub.
O, "İnter"in sabiq müdafiəçisi Xavyer Zanettini (51 oyun) geridə qoyub.
Lider mövqeyində isə "tanqoçular"ın 36 yaşlı superulduzu Lionel Messidir. "İnter Mayami"nin hücumçusu seçmə mərhələlərdə yığmanın formasını 65 dəfə geyinib.
Qeyd edək ki, Argentina millisinin yeganə qolunu matçın 63-cü dəqiqəsində Nikolas Otamendi vurub.
DÇ-2026-nın seçmə mərhələsinin ilk 6 oyunundan 15 xal toplayan Argentina turnir cədvəlinə başçılıq edir. Braziliya isə 7 xalla altıncı yerdədir.
35 yaşlı Di Mariy bu ilin yayından "Benfika"da çıxış edir.
Nihat