Fransa millisinin baş məşqçisi Didye Deşam AÇ-2024-ün seçmə mərhələsində Yunanıstana qarşı keçirdikləri oyunda (2:2) Kilian Mbappeni meydana 2-ci hissədə buraxmasının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "RMC Sport" Deşamın dediklərini belə çatdırıb:
"Bu barədə matçdan öncə Kilianın öz ilə danışmışdım. Həftəsonu klubların heyətində oynayacaq futbolçuları qorumaq üçün hər şeyi etdim. Gələn həftə Çempionlar Liqasının da oyunları var. Biz futbolçuları zədə riski ilə üz-üzə qoymaq istəmirik".
Xatırladaq ki, Fransa seçməsi AÇ-2024-ün seçmə mərhələsinində 24 xal toplayaraq B qrupundakı mübarizəni lider mövqeyində başa vurub.
Nihat