Argentina yığmasının baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda Braziliya millisi üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, "tanqoçular"ın mətbuat xidməti onun dediklərini belə çatdırıb:
"Bu uşaqlara rəhbərlik etdiyim, belə komandam olduğu üçün böyük qürur hissi keçirirəm. Biz bu rəqiblə yenə qarşılaşdıq və oyun zamanı futbolçularımız onlardan tələb etdiklərimizi yerinə yetirdilər. Bu, çox xoş qələbədir. Hamınız bilirsiniz ki, qalib gəlmək asan deyildi, amma biz istəyimizə çatdıq. Komandamız dəfələrlə xarakter nümayiş etdirib. Argentina seçməsi məqsədyönlü və özünəməxsus xarakterə malik brenddir".
DÇ-2026-nın seçmə mərhələsinin 6 turundan sonra 15 xalı olan Argentina turnir cədvəlinə başçılıq edir. Braziliya isə 7 xalla altıncı yerdədir.
Nihat