Fransalı ulduz Antuan Qrizmannla "Çelsi" ilə "Mançester Yunayted"in maraqlanması ilə bağlı xəbərlər transfer bazarını qızışdırıb.
Fanat.Az "Sport.es"-ə istinadən xəbər verir ki, "Atletiko Madrid"lə müqaviləsindəki 25 milyon avroluq cəlbedici satınalma maddəsi 32 yaşlı oyunçunu arzuolunan hədəfə çevrilib.
Mənbənin məlumatına görə, qarşıdakı transfer pəncərəsində "Çelsi" və "Mançester Yunayted" Qrizmann uğrunda güzəştsiz mübarizə aparacaqlar.
Hər iki klubun Qrizmann üçün 25 milyon avro ödəmək üçün maliyyə imkanları var. Ancaq son söz-söhbətlər onu deməyə əsas verir ki, futbolçu “Mançester Yunayted”ə keçməkdə maraqlı deyil.
İstənilən halda, 2018-ci ildə dünya çempionu olan forvardın İngiltərəyə köçəcəyi real görünür.
Mirağa