Premyer Liqa qaydalarını pozduğuna görə 10 ballıq qadağa ilə üzləşən "Everton" həmçinin, 300 milyon funt-sterlinqə qədər qanuni iddialarla üzləşib.
Fanat.Az xəbər verir ki, Liverpul təmsilçisi maliyyə böhranından çıxmaq üçün yüksək ödənişli futbolçularından bəzilərini satmağa hazırlaşır.
İnformasiyanı "TEAMtalk" yayıb. Mənbənin məlumatına görə, klub yarımmüdafiəçi Amadu Onananı 60 milyon funt-sterlinqə satmağa razılaşacağını bildirib.
Futbolçu ilə artıq bir neçə klub maraqlanır. Xüsusilə “Mançester Yunayted” “Everton”un maliyyə problemlərindən yararlanmaq ümidi ilə vəziyyəti diqqətlə izləyir.
Mirağa