UEFA, Çempionlar Liqasının "Atletiko Madrid"lə matçda tribunada Fələstin bayraqları nümayiş etdirdiyi üçün "Seltik"i cərimələyib.
Fanat.Az xəbər verir ki, bu barədə "Herald Scotland" məlumat yayıb.
"Seltik"in "Yaşıl Briqada" adlı fanklubu əvvəlcə böyük bir Fələstin bayrağını mərkəzi tribunaya qaldırıb, digər sektorlarda daha bir neçə bayraq yerləşdirilib. Halbuki, UEFA matçlarda bu tip siyasi davranışları qadağan edir.
UEFA "Seltik"i 29 min avro cərimələyib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı İsrailə hücum edib. Bundan sonra İsrail tərəfi Qəzzada hərbi əməliyyata başlayıb.
Mirağa