Argentina millisinin futbolçusu Kristian Romero DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya yığması üzərində səfərdə qazandıqları qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, mərkəz müdafiəçi fikirlərini şəxsi "X" hesabı üzərindən bölüşüb:
“Allahım, bizim necə komandamız var! Bu heyrətamiz komanda ilə necə qürur duymaya bilərsiniz? Tarix yazmağa davam edirik.
Təəssüf ki, braziliyalılar növbəti dəfə futbola ləkə vurdular. "Marakana"da həmişə eyni hadisələr yaşanır".
Xatırladaq ki, iğtişaşlar səbəbindən oyununun startı yarım saat gecikib. Tribunada azarkeşlərlə polis arasında toqquşma olub.
Bu görüşdə yeganə qolu digər mərkəz müdafiəçisi Nikolas Otamendi vurub.
Nihat