İspaniya Kubokunun 2-ci turunun bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, 4-cü liqada çıxış edən "Samora" "Vilyarreal"ı qəbul edib.
Qarşılaşma "sarı sualtı qayığ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahibləri uzun müddət öndə olsalar da, La Liqa klubu matçın 88-ci dəqiqəsində hesabı bərabərləşdirib. “Vilyarreal” qələbə topunu əlavə vaxtda qol vurub.
İspaniya Kuboku
2-ci tur
“Samora” – “Vilyarreal” 1:2 (əlavə vaxtda)
Qollar: Etçaburu 49 (1:0). Morales, 88 (1:1). Morales, 96 (1:2).