"Çelsi"nin mətbuat xidməti komandanın zədədən sonra bərpa prosesi keşən hücumçusu Kristofer Nkunkunun son vəziyyəti barədə məlumat yayıb.
Fanat.Az xəbər verir ki, London təmsilçisi rəsmi saytı vasitəsi onun problemi geridə qoyduğunu və artıq kollektiv məşqlərə qatıldığını bildirib.
"Zadəganlar" Nkunkunu bu yay Almaniyanın "Leyptsiq" klubundan tranfer ediblər.
Xatırladaq ki, sözügedən futbolçu Dortmund "Borussiya"sı ilə avqustda keçirdikləri yoxlama görüşündə dizindən ciddi xəsarət alaraq uzun müddətə sıradan çıxmışdı.