"Arsenal"ın braziliyalı hücumçusu Qabriel Jezus əfsanəvi həmyerlilərini - Romario və Ronaldinyonu geridə qoyub.
Fanat.Az xəbər verir ki, Jezus buna Çempionlar Liqasında vurduğu qolların sayını 24-ə çatdıraraq nail olub.
O, digər tanınmış həmyerlisi Roberto Firminonu da qabaqlamağı bacarıb. Belə ki, Firmino ÇL-də 22, Romario 20, Ronaldinyo 18 dəfə rəqib qapılarına yol tapıb.
Daha öncə "Mançester Siti"nin uğurları üçün çalışan 26 yaşlı Jezus 2022-ci ilin yayından "Arsenal"dadır. Cari mövsüm "topçular"ın forması ilə 7 çempionat matçına çıxan Qabriel 1 qolla yadda qalıb. "Sambaçı" ötən mövsüm İngiltərə Premyer Liqasında 26 görüşdə iş başında olmuş və 11 qola imza atmışdı.
Nihat