İsveç millisinin sabiq hücumçusu Henrik Larsson "Mançester Yunayted"in danimarkalı hücumçusu Rasmus Hoylundun performansını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Goal" Larssonun dediklərini belə çatdırıb:
"Rasmusun Çempionlar Liqasında “Kopenhagen”ə qarşı çıxışını bəyəndim. Onun sürəti var. Daim rəqib müdafiəsini yarırdı.
Əlbəttə, hələ nəsə demək tezdir, amma maraqlı görünür. Onun yaxşı fiziki göstəriciləri var. Müəyyən vaxt keçməli, Rasmus komandaya tam uyğunlaşmalıdır. Hoylund hələ də yeni oyunçudur və məşhur komanda yoldaşlarına yeni öyrəşir. Ümid edirəm ki, o, “Yunayted” üçün yaxşı hücumçu ola biləcək".
Qeyd edək ki, MY sözügedən futbolçunu bu yay 75 milyon avro qarşılığında "Atalanta"dan transfer edib. Cari mövsüm "qırmızı şeytanlar"ın forması ilə bütün turnirlərdə 15 matça çıxan forvard 5 qol vurub. Hoylundun MY ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.
Nihat