"Monako"nun və Fransa millisinin yarımmüdafiəçisi Yussuf Fofana bir neçə Avropa nəhənginin diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə Fofananın PSJ-nin əsas transfer hədəfi olduğunu, eləcə də daha bir neçə böyük klubun onu heyətə qatmağı planlaşdırdığını vurğulayıb. Xəbərə görə, sözügedən nəhənglərin idarəçiləri oyunu ilə adından söz etdirən Yussufun "Monako" ilə müqavilə yeniləməyəcəyinə və 2025-ci ilin yanvarında onunla danışıqlara başlaya biləcəklərinə əmindirlər.
Qeyd edək ki, Fofananın "Monako" ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdir.
Nihat