PSJ qış transfer pəncərəsində iki futbolçu ilə yollarını ayıracaq.
Fanat.Az xəbər verir ki, bu haqda "Foot Mercato" məlumat yayıb.
Xəbərə görə, Paris nəhəngi hücumçu Uqo Ekitike və sol cinah müdafiəçisi Layven Kurzava ilə vidalaşacaq.
Hər iki futbolçu bu mövsüm hərəyə bir dəfə meydana çıxıb. Ekiteke avqustun 12-dən, Kurzava isə oktyabrın 21-dən sonra oynamayıb.
Forvardın bazar dəyəri 15 milyon avro, müdafiəçidə isə 3 milyon avrodur.
Mirağa