"Mançester Siti"nin norveçli ulduzu Erlinq Holand İngiltərə Premyer Liqasında adından söz etdirsə də, iki komandanın qapısına yol tapa bilməyib.
Fanat.Az xəbər verir ki, 22 yaşlı forvard çempionat matçlarında "Brentford" və "Liverpul"a qol vurmayıb.
Holand "şəhərlilər"ə 2022-ci ilin yayında qoşulub. MS skandinaviyalı forvardı Dortmund "Borussiya"sından alıb.
Ötən mövsüm İPL-də 35 oyun keçirən Erlinq 36 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Cari "futbol ili"ndə isə Norveç millisinin hücumçusu 12 İPL qarşılaşmasında 13 qola imza atıb.
Nihat