Almaniya Bundesliqasının 12-ci turunun “Köln”lə qarşılaşmasında (1:0) “Bayerin Münhen”nın çalışdırıcısı Tomas Tuxel oyun ərzində heç bir dəyişiklik etməyib.
Fanat.Az xəbər verir ki, bununla da o, son 13 ildə ölkə çempionatının matçında münhenlilərin start heyətini pozmayan ilk məşqçi olub.
"Gracenote Live"nin məlumatınagörə, bundan əvvəlki analoji hal 2010-cu il dekabrın 11-də Lui van Qalın “Sent-Pauli” ilə qalibiyyət matçında oyunçularını dəyişmədiyi vaxt baş vermişdi.
Tuxel DAZN-a açıqlamasında bu addımını belə əsaslandırıb: “Ehtiyat oyunçular skamyasındakılar da oynamağa layiq idilər. Onları cəzalandırmaq fikrim yox idi və bunu özlərinə də dedim. Sadəcə, mən meydanda olan hər kəsdən və onların öz mövqelərini necə tutmasından məmnun idim. Ritmi pozmaq və gec qol buraxmaq riskinə düşmək istəmirdim”.
Mirağa