İndoneziyada keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatında bu gün 1/4 final mərhələsinin bir görüşü baş tutub.
Fanat.Az xəbər verir ki, sensasiyaya imza ataraq bu mərhələyə qədər gəlib çıxan Özbəkistan millisi yarımfinala vəsiqə uğrunda Fransa yığması ilə qarşılaşıb.
Görüşün taleyini bir qol həll edib. Avropalılar 83-cü dəqiqədə vurduqları qol sayəsində özbək həmyaşıdlarını məyus ediblər.
Qeyd edək ki, U-17-lərin dünya çempionatı noyabrın 10-da başlayıb. Turnir dekabrın 2-nə qədər davam edəcək.