Misli Premyer Liqasının XIV turunda "Qəbələ" öz meydanında "Turan Tovuz"u 4:0 hesabı ilə məğlub etdi.
Oyundan sonra "qırmızı-qaralar"ın müdafiəçisi Ürfan Abbasov fikirlərini Fanat.Az-a bölüşdü:
"Bilirdik ki, çətin olacaq. "Turan Tovuz"un da son nəticələri yaxşı deyildi. Şükürlər olsun ki, belə qələbə qazanmağı bacardıq. Hesabı açan tərəf olduq və sonadək oyuna nəzarəti əldən vermədik. Bu qələbə bizim üçün motivasiya olmalıdır. Oyunun nəticəsi bizə özünəinam baxımından çox şey verə bilər. Bu qələbənin ardını gətirmək istəyirik.
Vəziyyətdən çıxmaq üçün vaxtımız var. Düzdür, növbəti rəqibimiz "Qarabağ"dır. Ancaq çalışacağıq ki, "Qarabağ"dan da xal alaq".
Qeyd edək ki, bu qələbə sayəsində sonuncu pillədən qurtulan "Qəbələ" hazırda 11 xalla 9-cu pillədə mövqe tutub. "Turan Tovuz" isə 15 xalla 8-ci yerdədir.
Nihat