"Mançester Yunayted" İngiltərə çempionatında unikal nəticəyə imza atıb.
Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, "Everton"u 3:0 hesabı ilə darmadağın edən "qırmızı şeytanlar" İPL-də "quru" oyunlarının sayını 500-ə çatdıran ilk klub kimi tarixə düşüb.
Bu göstəricidə 2-ci yerdə "Çelsi" (476), 3-cü pillədə isə "Liverpul"dur.
Qeyd edək ki, 13 tura 24 xal toplayan MY İPL-in turnir cədvəlində 6-cı sıradadır. Erik ten Haqın rəhbərlik etdiyi kollektiv növbəti çempionat matçını "Nyukasl"a qarşı keçirəcək. Görüş dekabrın 2-də baş tutacaq.
Nihat