Səudiyyə Ərəbistanı çempionatının 15-ci turu çərçivəsində "Əl-Hilal" və "Əl-Nəsr" klubları arasında baş tutacaq qarşılaşmada ədaləti rusiyalı hakimlər briqadası qoruyacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Al-Jazeera" yayıb.
Xəbərə görə, dekabrın 1-də keçiriləcək matçın baş hakimi Sergey Karasyov olacaq.
14 tura 38 xal toplayan "Əl-Hilal" çempionatın lideridirsə, 34 xalı olan "Əl-Nəsr" ikincidir.
Qeyd edək ki, bu, Karasyovun ilk belə matçı deyil. O, 2015-ci ilin 24 dekabr tarixində də "Əl-Nəsr" və "Əl-Hilal" arasındakı matçda fit çalıb. Həmin oyun "Əl-Hilal"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Nihat