"Qəbələ"nin sabiq çalışdırıcısı Yuri Syomin gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın "Napoli"dəki karyerası haqda danışıb.
Fanat.Az xəbər verir ki, rusiyalı təcrübəli mütəxəssis "Odds.ru"-ya açıqlamasında adı "Bayern Münhen" və "Barselona" ilə yanaşı hallanan ulduz futbolçu barəsində maraqlı açıqlama verib:
“Xviça “Napoli”yə, onların ideyalarına uyğun gəlir. Mənə elə gəlir ki, bu klub onun sevimli Gürcüstanına daha yaxındır. Deməzdim ki, Xviça “Napoli” səviyyəsini geridə qoyub. Onun klubu dəyişmək barədə düşünməsi hələ tezdir”.
Kvaratsxelia İtaliya A Seriyasının bu mövsümündə 12 oyun keçirib və bu görüşlərdə dörd qol vurub, üç məhsuldar ötürmə edib. 22 yaşlı gürcü ilə Neapol klubu arasındakı müqavilənin müddəti 2027-ci ilin yayında başa çatacaq. Onun bazar dəyəri 85 milyon avro olaraq qiymətləndirilir.
Mirağa