"Barselona" prezidenti Joan Laporta komandanın baş məşqçisi Xavini istefaya göndərmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Espana" yayıb.
Mənbənin məlumatına görə, Xavi "Barsa"dan qovulacağı təqdirdə onun yerinə kimin gətiriləcəyi də bəllidir. Belə ki, “Barselona” farm-klubu olan "Barselona Atletik"i çalışdıran Rafael Markes Xavinin yerinə ən real namizəddir.
44 yaşlı Markes 2003-2010-cu illərdə "Barselona"da çıxış edib. O, ötən ildən klub sistemində məşqçilik edir. "Barselona Atletik" onun rəhbərliyi altında aşağı divizionda 40 oyuna çıxıb və bu görüşlərdə 17 qələbə qazanıb, 13 heç-heçə edib və 10 matçda uduzub.
"Barselona" La Liqada lider "Real"dan 4 xal geri qalaraq 4-cü pillədədir.
Mirağa