"Monpelye"nin hücumçusu Akor Adamsın karyerasını İtaliya çempionatında davam etdirmək imkanı var.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, "Milan" 23 yaşlı nigeriyalı hücumçunu heyətinə qatmaqda maraqlıdır. "Transfermarkt" oyunçunun dəyərini 8 milyon avro qiymətləndirir. Onun Fransa klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Adams Fransa çempionatının bu mövsümündə 12 oyun keçirib, 7 qol vurub və iki sarı vərəqə alıb.
A Seriyasında 13 turun nəticələrinə əsasən, "Milan" 26 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Mirağa