Uzun sürən zədədən sonra "Bayern"in sıralarına dönən qapıçı Manuel Noyer karyerası ilə bağlı qərarını verib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qapıçı Münhen klubu ilə müqaviləsinin müddətini uzadıb.
Bu barədə Almaniya nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Noyerin münhenlilərə yeni müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Onun əvvəlki anlaşması gələn ilin yayında başa çatır.
Alman qolkiper 2011-ci ildən “Bayern”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 494 oyun keçirib və 236 dəfə qapısını toxunulmaz saxlaya bilib.
Bu mövsüm "Bayern" Almaniya çempionatının 12 turunda 32 xal toplayıb. Hazırda Tomas Tuxelin yetirmələri lider “Bayer Leverkuzen”dən 2 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
Mirağa