Tezliklə peşəkar futbolun qaydalarında növbəti dəyişiklik baş verə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Mənbənin məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası İngiltərə Premyer Liqası kimi yüksək səviyyəli yarışlarda reqbi qaydalarına bənzər müvəqqəti dayandırmaların tətbiqinə hazır olduğunu bildirib. Təcrübə növbəti mövsümdə başlaya bilər.
IFAB qırmızı vərəqə tələb etməyən, lakin sadə xəbərdarlıq üçün çox ciddi olan pozuntulara görə on dəqiqəlik müvəqqəti dayandırma tətbiq etməyi düşünür.
Bu, taktiki qayda pozuntularına da aid ediləcək.
Mirağa