Braziliyalı futbol ulduzu Neymarla sevgilisi Bruna Byankardi ayrılıblar.
Fanat.Az xəbər verir ki, məşhur model və blogger bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, etiraf edib ki, artıq Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymarla görüşmür: “Hazırda heç kimlə münasibətim yoxdur. Biz Mevinin valideynləriyik və bizi birləşdirən yeganə şey budur”.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayının əvvəlində məşhur cütlüyün qız uşağı dünyaya gəlib.
31 yaşlı Neymar Səudiyyə Ərəbistanı çempionatının bu mövsümündə 3 oyun keçirib və 2 məhsuldar ötürmə edib. O, ağır zədəyə görə keçirdiyi əməliyyatdan sonra hazırda bərpa prosesi keçir.
Mirağa