London "Arsenal"ı qış transfer pəncərəsi üçün yeni hücumçu axtarışlarını davam etdirir.
Fanat.Az "Football Transfers"ə istinadən xəbər verir ki, "topçular"ın əsas namizədi "Leypsiq"in forvardı Benyamin Şeşkodur.
Mənbənin məlumatına görə, artıq qarşı tərəflə təmasa keçən "Arsenal" onunla anlaşmağa çalışır.
Qeyd edək ki, Avstriyanın “Zalsburq” klubundan transfer olunan sloveniyalı "Leypsiq"də əsas heyətə düşməkdə çətinlik çəkir. Lakin top-klublar onu hələ də yüksək qiymətləndirirlər.
Bu mövsüm 20 yaşlı Şeşko Almaniya Bundesliqasında cəmi 9 matça çıxaraq 3 qol vurub. "Transfermarkt" Benyaminin dəyərini 30 milyon avro qiymətləndirir.
Mirağa