Ağır zədəsini sağaldaraq oktyabrın sonunda"Bayern Münhen"in qapısına qayıdan Manuel Noyer Almaniya millisindəki perspektivinə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qolkiper ötən axşam Çempionlar Liqasının “Kopenhagen”lə oyunundan (0:0) sonra jurnalistləra bu barədə açıqlama verib.
Tanınmış jurnalist Maksimilian Kox "Bayern Münhen"in qapıçısının dediklərini belə çatdırıb: “Milli komandaya qayıtmaq? Qapıçılar məşqçisi və Julian Nagelsmannla əlaqə saxlayıram. Hər şey plana uyğun getsə, mən martdakı təlim-məşq toplanışı zamanı orada olmalıyam”.
Qeyd edək ki, AÇ-2024 Almaniyada keçiriləcək. Martda isə Bundestim yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.
Mirağa