Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində İstanbulda "Mançester Yunayted"lə 3:3 hesablı heç-heçə edən "Qalatasaray"ın baş məşqçisi Okan Buruk oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Topa nəzarət 58 faiz bizdə oldu və çox sayda qol epizodları yaratdıq. Daha çox qol vura bilərdik.
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının ən nüfuzlu, uğurlu komandalarından biridir və biz onlara qarşı keçirdiyimiz 2 oyunda 6 qol vurmuşuq. Qalib gələ bilərdik, amma heç-heçə də bizim üçün pis nəticə deyil".
5 turdan sonra 5 xalı olan "Qalatasaray" A qrupunda 3-cü pillədə mövqe tutub. Lider "Bayern Münhen"in 13 xalı varsa, "Kopenhagen" (5 xal) 2-ci, MY (4 xal) sonuncudur.
Burukun komandası son turda səfərdə "Kopenhagen"lə üz-üzə gələcək. "Parken" stadionunda baş tutacaq qarşılaşma dekabrın 12-də keçiriləcək.
Nihat