"Barselona" klubu müdafiəçi Joau Kanselunu birdəfəlik almaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Rojer Torello özünün sosial şəbəkə hesabında paylaşım edərək məlumat yayıb.
Mənbənin məlumatına görə, rəhbərlik portuqaliyalının ilk aylardakı çıxışını bəyənib. “Mançester Siti” futbolçunun tam alınması üçün 25 milyon avro tələb edir, lakin “Barselona” rəhbərliyi təcrübəli portuqaliyalının qiymətini aşağı salmaq üçün əlindən gələni edəcək.
Xatırladaq ki, icarə əsasında “Barselona”da çıxış edən Kanselu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Portu”ya qarşı oyunda qol vurub və məhsuldar ötürmə edib.
Mirağa