Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Benfika" ilə 3:3 hesablı bərabərliyə razılaşan "İnter"in baş məşqçisi Simone İnzagi oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, "qara-göylər"in rəsmi saytı 47 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"Oyuna yaxşı başlamadıq. Bizdə konsentrasiya çatışmadığı üçün problemlərimiz oldu. İlk yarıdan sonra toparlandıq, hər birimiz daha artığını etməyə çalışdıq və hesabı bərabərləşdirə bildik. Mən müsbət məqamları deyirəm, yaxşı reaksiya göstərdik. Yaxşı komandamız var. Durmadan işləyirik və uğurdan zövq almaq istəyirik.
Sona iki tur qalmış pley-offa vəsiqə qazanmaq fantastik idi. Bilirdik ki, bu gün çətin olacaq və bu mənada yanılmadıq. Uğursuz ilk hissədən sonra toparlana bilmək yüksək komanda ruhunun göstəricisidir. Əla kollektiv olduğumuzu isbatladıq".
Qeyd edək ki, 5 turdan sonra D qrupunda "İnter"lə "Real Sosyedad"ın 11, "Zaltsburq"un 4, "Benfika"nın 1 xalı var.
Nihat