Cənubi Afrika millisinin sabiq müdafiəçisi Papi Xomani faciəli şəkildə ölüb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
48 yaşlı veteran futbolçu ailəsi ilə birlikdə yol qəzasında dünyasını dəyişib. Avtomobildə olan Xomanenin anası da qəzadan sağ qurtulmayıb.
Hadisə onlar Kvazulu-Natalda dəfn mərasiminə gedərkən baş verib.
Xomanenin son klubu "Orlando" olub. O, sözügedən klubda 150-dən çox oyuna çıxıb. Mərhum son vaxt televiziyada futbol analitiki olaraq çalışıb. Müdafiəçi Cənubi Afrika millisində 9 oyun keçirib.
Mirağa