"Atletiko Madrid"in kapitanı Koke klubu tərk etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.
İspan futbolçu müqavilənin şərtlərindən narazıdır. Belə ki, maddi məsələlərdə yaranan fikir ayrılıqları səbəbindən razılıq əldə olunmayıb ki, bu da "qırmızı-ağlar"ın kapitanın gözlənilməz gedişi istiqamətində qapı açır. Kokenin Avropadan ayrılaraq Qətər və Səudiyyə Ərəbistanına yollana biləcəyi vurğulanıb. Belə ki, o, ərəblərdən cəlbedici təklif alıb.
Kokenin "Atletiko" ilə müqaviləsinin müddəti 30 iyun 2024-cü ildə başa çatacaq.
Mirağa