İtaliya futbolunun canlı əfsanəsi Paulo Maldini gələcək karyerası ilə bağlı suala aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, “Repubblica” "Milan"ın keçmiş texniki direktorunun dediklərini belə çatdırıb:
“Mən heç vaxt başqa İtaliya klubuna keçməyə razı olmaram. Ola bilsin ki, yalnız başqa liqada çalışdım. Səudiyyə Ərəbistanı? Kim bilir... Heç də pis fikir deyil”.
Qeyd edək ki, İtaliya mətbuatı 55 yaşlı mütəxəssisin fransız hücumçu Kərim Benzemanın çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçəcəyini iddia edib. 15 oyunda "Əl İttihad" 28 xal toplayıb və hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində dördüncü yerdədir.
Qeyd edək ki, Maldini bűtűn karyerasını "Milan"da keçirib. O, 2018-ci ildən bu ilin yayına qədər məhz "Milan"da işləyib.
Mirağa