Ukrayna yığmasının sabiq çalışdırıcısı Yojef Sabo "Real Madrid"in qapıçısı Andrey Luninin nə etməli olduğunu deyib.
Fanat.Az xəbər verir ki, "Sport-ekspress" onun "Kral klubu"nda ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən qolkiper barədə söylədiklərini belə çatdırıb:
"Luninə görə çoxdan narahatam. Hələ indiyədək onun "Real"dan gedib-getməyəcəyi bilinmir. Müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatsa da, sakitlik davam edir. Başqa klublar Luninə görə pul ödəmək istəmirlər. Çünki Andreyi heyətlərinə azad agent qismində qatmaq istəyirlər.
O, mütləq "Real"dan getməlidir. Amma səviyyəsi aşağı olan kluba keçməməlidir. Hara? Bunu demək çətindir, çünki böyük komandalarda yaxşı qapıçılar var. Andrey isə əsas heyətdə oynamalıdır. Məsələn, dəvət etsələr, Lunin "Mançester Yunayted"də əsas qolkiper ola bilər. Ukraynaya heç bir halda qayıtmamalıdır".
Nihat