"Bayern Münhen"in hücumçusu Harri Keyn ona qarşı oynayan ən güclü müdafiəçilərin adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sportskeeda" ingilis forvardın dediklərini belə çatdırıb:
"Bunlar Con Terri və Corco Kyellinidr. Con meydanda çox hiyləgər və ağıllı idi. O, əbəs yerə öz mövqeyinin ən yaxşılarından sayılmır. Eyni sözləri Kyellini barədə də deyə bilərəm. Biz Corco ilə həm klub, həm də yığma səviyyəsində üz-üzə gəlmişik. O, həmişə gövdəsindən məharətlə istifadə edirdi".
Xatırladaq ki, Keyn "Bayern"ə bu yay "Tottenhem"dən transfer olunub. Cari mövsüm bütün turnirlərdə 18 matça çıxan Harri 22 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat