Almaniya Bundesliqasının XIII turu çərçivəsində bu gün keçirilməli olan "Bayern Münhen" - "Union Berlin" oyunu təxirə salınıb.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, buna Münhendəki hava şəraiti səbəb olub.
Oyun güclü qar səbəbindən ertələnib. Matçın hansı tarixdə baş tutacağı hələ dəqiqləşməyib.