Almaniya millisinin sabiq müdafiəçisi Filipp Lam ölkəsinin yığmasının niyə uğurlu nəticə qazana bilmədiyinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "The Guardian" onun dediklərini belə çatdırıb:
"Oğlumun 11 yaşı var. O, heç vaxt Almaniya millisinin uğur qazandığını görməyib. Düşünürəm ki, problemin əsas səbəbi DÇ-2014-ü qazandıqdan sonra yığmadakı nəsil dəyişikliyi üzərində yaxşı işləyə bilməməyimizdir. Heç kim yeni nəsilə məsuliyyət hissi aşılamadı. Gərək millinin özəyi, ürəyi olsun ki, qalanları da yaxşı uyğunlaşsınlar. Bu şeylər avtomatik olaraq inkişaf etmir. Dəyişikliklər çox olub, amma özək heç vaxt formalaşmayıb".